US Open: Cokoviç iştirakçılar siyahısında, Nadal və Vavrinka olmayacaq

"US Open"də iştirak edəcək kişi tennisçilərin siyahısı açıqlanıb.

Fanat.Az xəbər verir ki, dünya "bir nömrə"si Novak Cokoviç, ötən ilin finalçısı Daniil Medvedyev, ATP reytinqinin üçüncüsü Dominik Tim və ATP final turnirinin qalibi Stefanos Tsitsipas kimi tennisçilər "Böyük dəbilqə" seriyalı turnirə qatılacaqlar.

Rafael Nadal, Sten Vavrinka, Qael Monfis, Fabio Fonini, Nik Kirios və Jo-Vilfred Tsonqa isə "US Open"də iştirakdan imtina ediblər.

"US Open" avqustun 31-də start götürəcək.

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Somalidə hərbi hissəyə hücum: 6 hərbçi ölüb, çoxlu sayda əsgər yaralanıb

SONRAKI XƏBƏR

"Fənərbağça"nın yeni baş məşqçisi rəsmən bəlli oldu