"Real" Xamesdən qurtulmaq istəyir

"Real" Xamesdən qurtulmaq istəyir

"Real” Xames Rodigesi PSJ-yə təklif edib.

Sport7.az xəbər verir ki, 29 yaşlı kolumbiyalının agenti Jorje Mendeş Fransa çempionu ilə danışıqlar aparır. Oyunçu ilə İngiltərə təmsilçisi "Mançester Yunayted” də maraqlanır. Premyer Liqa klubu futbolçu üçün "Real”a 25 milyon avro təklif edir.

"Real” Xamesi 2014-cü ildə "Monako”dan 75 milyon avroya alıb. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Sport7.az

Mənbə: sport7.az