Ümidləndirən “Sabah”

Ümidləndirən “Sabah”

Koronavirus pandemiyası həyatımızın bütün sahələrinə, o cümlədən də futbolumuza ağır zərbələr vurub. Alt-üst edilmiş, darmadağınolmuş bir həyat yaşayırıq. Martın ortalarından bəri ölkədə bütün idmanyarışları, elə futbol da dayandırılıb.

Keçmişdə olanlar hamımıza məlumdu. Amma gələcəkdə nəyinnecə olacağını heç kim bilmir. Proqnoz vermək də çox çətindi. Hamımız bu çətinlikləriniçindəyik. Klub rəhbərləri, sponsorlar, futbolçular, azarkeşlər və sözsüz ki,idman jurnalistləri də. Plan qurmaq olmur, yenilik axtarışları da uğursuzluqlanəticələnir. Klublarımız hələ iyunun ortalarında xəyal qırıqlığı ilə üzləşdilər.Həmin vaxt AFFA İcraiyyə Komitəsi mövsümün davam etdirilməsiylə bağlı qərarverdi, Peşəkar Futbol Liqası təqvimi hazırladı, pandemiya şəraitində hansıqadağaların tətbiq ediləcəyi belə açıqlandı. Məşqlər bərpa olundu, yoxlamaoyunları keçirildi. Sonrası isə heç nə. Qadağalar yenidən sərtləşdirilincəbütün planlar ləğv olundu. Çəkilən əziyyət də, xərc də boşa getdi.

Hazırkı vəziyyət də bir qədər ona oxşayır. Yenimövsümün startıyla bağlı müəyyən hərəkətlilik var. Xüsusiylə da avrokuboklardaAzərbaycanı təmsil edəcək klublarımız üçün qızıldan qiymətli zaman gedir. Nəzaman dayanıb bizi gözləyir, nə də UEFA. Klublar xərc çəkib transfer edir, Qəbələyəyollanıb mövcud şərtlər daxilində hazırlıq da keçirlər. Amma yenə də qeyri-müəyyənlikdi.Heç kim təminat verə bilməz ki, avqustun sonuna qədər Azərbaycan PremyerLiqasını başlamaq mümkün olacaq. Belədə klublarımız qısa müddət ərzində ikincidəfə boşuna xərc və zəhmət çəkmək təhlükəsiylə üz-üzədi.

Qəbələdəki hazırlıq prosesini, yoxlama oyunlarını,həyata keçirilən transferləri imkan daxilində yaxından təqib etməyə çalışırıq.Hər kəs öz büdcəsi çərçivəsində davranmağa çalışır, ayağını yorğanına görəuzadır. Görünən odu ki, yeni mövsümü başlamaq mümkün olsa, ötən ildəkindən fərqlihansısa mənzərə izləməyəcəyik. Komandaların gücü, iddiaları, lap elə turnir cədvəlindəkiyerləri də təxminən elə yarımçıq qalan mövsümdəki kimi olacaq. Yenə "Qarabağ” hamıdanöndə qaçacaq, "Neftçi” onun izində addımlayacaq, "Keşlə” da onların təqibçisi rolunuheç kimə verməməyə çalışacaq. "Sumqayıt” boyundan yuxarı tullanmalı, Rəşad Sadıqovlu"Zirə” isə simasını dəyişib iddialarını artırmalıdı. "Qəbələ”nin missiyası isəhamıya məlumdu. "Qırmızı-qaralar” son vaxtlar "Azərbaycanın "Ayaks”ına çevrilməkdə,ölkə futbolu üçün yeni adlar üzə çıxarmaqdadı.

"Sabah”ın planları, transferləri isə xeyli ümidləndirir.Ötən mövsüm gözlədiyini əldə edə bilməyən, tez-tez məşqçi dəyişməyin fəsadlarınıhiss edən Masazır təmsilçisi bu dəfə həmin səhvlərdən nəticə çıxarmışa bənzəyir.İspaniyalı Visente Qomez vətənində və Ukraynada qaza bilmədiyi fürsəti burdayaxalayıb. "Sabah” onun rəhbərliyi altında avrokuboklara vəsiqə və medal qazanabilsə, Qomezin bir məşqçi kimi dəyəri yüksələcək. Eləcə də komandanın heyətindəyer alan, böyük ümidlər bəslənilən futbolçular üçün bu məqam keçərlidi.

Son yoxlama oyununda "Sabah”ın "Neftçi”ni 5:2hesabıyla məğlub etməyi bacarması da komandanın "vuran ayaqlar”a sahibolmasından, böyük potensialından xəbər verir. Ümid edək ki, yeni mövsüm tezlikləstart götürəcək və "Sabah” da bu potensialını "yaşıl meydanlar”da sərgiləyə biləcək."Sabah”ın verdiyi ümid təkcə klub adına deyil, ümumilikdə ölkə futbolu adınadı.Kaş ki, bu ümidlər doğrulsun!

Mənbə: sport7.az