"Roma" klubunun yeni sahibi bu şəxs olacaq

Amerikalı iş adamı Den Fridkin İtaliyanın "Roma" klubunu həmyerlisi Ceyms Palottadan satın alıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd olunub ki, artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb.

D.Fridkinin paytaxt təmsilçisinin səhmlərini almaq üçün 591 milyon avro ödədiyi bildirilib.Təhvil-təslim işlərinin 4-5 həftə çəkəcəyi gözlənilir.

Bəzi hüquqi prosedurlara görə Fridkin yalnız 2 aydan sonra klubun prezidenti təyin olunacaq.

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

"Sen Çal Kapımı" serialı ilə yeni eşq başlayıb?

SONRAKI XƏBƏR

“1988-ci ildə Xankəndindəki olaylar qanuna uyğun araşdırılsaydı, indi Qarabağ problemi olmazdı ...”-Rus prokuror...