Aleksis Sançesin “İnter”ə keçidi rəsmiləşib

Aleksis Sançesin “İnter”ə keçidi rəsmiləşib

 

İtaliyanın “İnter” klubu Aleksis Sançeslə müqaviləni rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, bunu Milan təmsilçisinin mətbuat xidməti açıqlayıb.

31 yaşlı çilili hücumçu Milan təmsilçisi ilə 3 illik müqavilə bağlayıb. O, 2023-cü ilin yayına qədər “İnter”in şərəfini qoruyacaq. “Mançester Yunayted”lə müqaviləsini pozan Aleksis yeni klubuna azad agent kimi keçib.

Qeyd edək ki, 2019/20 mövsümünü icarə əsasında “İnter”də keçirən Sançes 29 oyunda 4 qol vurub.

Mənbə: apa.az