Dördqat dünya çempionu yeni komandada

Dördqat dünya çempionu yeni komandada

"Formula 1" üzrə 4 qat dünya çempionu Sebastyan Fettelin yeni komandası müəyyənləşib.

Fanat.az xəbər verir ki, 33 yaşlı alman sürücü "Racing Point"lə 3 illik müqavilə bağlayacaq.

Onun İtaliya komandası ilə müqaviləsi cari mövsümün sonunda yekunlaşacaq. 33 yaşlı idmançı Serxio Peresi əvəzləyəcək.

Qeyd edək ki, "Racing Point" gələn ildən "Aston Martin" adlanacaq. Sebastyan Fettel dünya çempionluqlarını 2010, 2011, 2012 və 2013-cü illərdə qazanıb.

Fanat.az

Mənbə: fanat.az