"Fənərbaxça"dan rəsmi transfer

"Fənərbaxça"dan rəsmi transfer

"Fənərbaxça" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Sivasspor"dan ayrılan Mert Hakan Yandaşın transferini bitirib. 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. M.H.Yandaş yeni klubunda 12 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, türk futbolçu 2017-ci ildən çıxış etdiyi "Sivasspor"da 72 matçda 13 qol vurub, 6 qolun ötürməsini verib.

Mənbə: qol.az