“Yuventus” “Lion”u keçməsə, baş məşqçisini istefaya göndəriləcək

“Yuventus” “Lion”u keçməsə, baş məşqçisini istefaya göndəriləcək

İtaliyanın “Yuventus” klubu baş məşqçisi Maurisio Sarrinin taleyi ilə bağlı qərarını verib.

Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, mütəxəssisin komandadakı gələcəyi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan asılıdır.

“Yuventus” Fransa “Lion”unu keçə bilməsə, Sarri istefaya göndəriləcək. Bu matç avqustun 7-də baş tutacaq. Səfərdə 0:1 hesabı ilə uduzan turinlilər evdə məğlubiyyətin əvəzini çıxmalıdır.

Qeyd edək ki, Sarrinin Antonio Kontenin əvəzləyəcəyi gözlənilir.

Mənbə: apa.az