Türkiyənin tanınmış klubu sabiq futbolçusunu geri qaytardı

Türkiyənin tanınmış klubu sabiq futbolçusunu geri qaytardı

Türkiyə "Fənərbağça"sı növbəti transferini açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Beşiktaş"dan ayrılan Gökhan Gönülü heyətinə qatıb.

35 yaşlı sağ cinah müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, G.Gönül daha əvvəl 2007 - 2016-cı illərdə də "Fənərbağça"nın şərəfini qoruyub. Təcrübəli oyunçu son 3 mövsümü isə İstanbulun digər təmsilçisi "Beşiktaş"da keçirib.

Mənbə: azpolitika.info