“Kayserispor” klubu Azərbaycan millisinin sabiq baş məşqçisi ilə yollarını ayırıb

“Kayserispor” klubu Azərbaycan millisinin sabiq baş məşqçisi ilə yollarını ayırıb

Bakı, 7 avqust, AZƏRTAC

Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, xorvatiyalı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.

Klubun rəhbərliyi yeni mövsümlə bağlı planlarında R.Prosineçki ilə eyni fikirdə olmayıb. Bu səbəbdən tərəflərin anlaşmadığı bildirilir.

Qeyd edək ki, xorvatiyalı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

AZERTAG.AZ :“Kayserispor” klubu Azərbaycan millisinin sabiq baş məşqçisi ilə yollarını ayırıb

Mənbə: azertag.az