XXXII Ümumdünya Yay Universiadasının loqotipi və talismanı seçilib

Bakı, 7 avqust, AZƏRTAC

Rusiyanın Yekaterinburq şəhərində 2023-cü ildə keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının Təşkilat Komitəsi yarışın loqotipini və talismanını seçib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə təşkilat komitəsindən məlumat verilib. Loqotip və talismanlar 2020-ci ilin payızında Yekaterinburqda keçiriləcək “Rusiya idman ölkəsi” beynəlxalq idman forumunda təqdim ediləcək.

Xatırladaq ki, ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi hamını rədd edib

SONRAKI XƏBƏR

Livan Prezidenti: "Partlayışda xarici müdaxilə ehtimalı da var"