“Qarabağ”ın futbolçuları bu gün koronavirus testindən keçəcəklər

“Qarabağ”ın futbolçuları bu gün koronavirus testindən keçəcəklər

2020/2021 mövsümündə avrokuboklarda iştirak edəcək komandalar oyuna 10-14 gün qalmış koronavirus testindən keçməlidirlər.

Bunu açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgərov deyib.

Klub rəsmisi bildirib ki, UEFA-nın qəbul etdiyi müvafiq qərarla bağlı Ağdam təmsilçisinin üzvləri bu gün analiz verəcəklər.

Qeyd edək ki, “Qarabağ” yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Son ölkə çempionu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin oyunları 18 – 19 avqustda keçiriləcək.

(Report)

Mənbə: qazet.az