Qurbanovun "yox" dediyi klub Şehiçi aldı

Qurbanovun "yox" dediyi klub Şehiçi aldı

Türkiyə Super Liqasına vəsiqə qazanan "Ərzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiç klubdan ayrılıb.

Fanat.az xəbər verir ki, 31 yaşlı bosniyalı qapıçının yeni klubu da müəyyənləşib. "Qarabağ"ın sabiq qolkiperi Super Liqaya yüksələn digər klub "Hatayspor"la anlaşıb. Transferin yaxın vaxtlarda açıqlanacağı gözlənirir.

Şehiç ötən mövsüm keçirdiyi 34 oyunun 16-da qapısını toxunulmaz saxlayıb. O, 2013-18-ci illərdə çıxış etdiyi, 5 dəfə çempion olduğu "Qarabağ"dan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi.

"Hatayspor" Super Liqaya vəsiqə qazandıqdan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərsə də, danışıqlar müsbət yekunlaşmamışdı.

 

Fanat.az

Mənbə: fanat.az