David Silva "Latsio"ya keçir

David Silva "Latsio"ya keçir

10 il formasını geyindiyi "Mançester Siti"dən ayrılmağa qərar verən David Silva karyerasını İtaliyada davam etdirməyə yaxındır.

"Corriere dello Sport" xəbər verir ki, A Seriya təmsilçisi "Latsio" ispaniyalı yarımmüdafiəçini transfer etmək üzrədir. Roma təmsilçisi futbolçu ilə 2 illik müqavilə bağlamağı planlaşdırır.

"Latsio" 34 yaşlı futbolçunun illik 2,5 milyon avro+bonuslar, Romanın mərkəzində ev, şəxsi sürücü və xüsusi təyyarə istəyini qəbul edib. Futbolçunun qardaşı transferdəki xırda detalları tamamlamaq üçün Romaya yollanıb.

Silva ötən mövsüm keçirdiyi 40 oyunda 7 qol vurub, 10 məhsuldar ötürmə edib.

Mənbə: xezerxeber.az