Bu gün Çempionlar Liqası bərpa olunur

Bu gün Çempionlar Liqası bərpa olunur

UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019/2020 mövsümü bu gün qaldığı yerdən davam edəcək.

Virtualaz.org bildirir ki, Avropanın bir nömrəli klub turniri 1/8 final mərhələsinin cavab görüşləri ilə bərpa olunacaq.

Yarışıın ilk günündə "Yuventus" (İtaliya) - "Lion" (Fransa), "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) matçları keçiriləcək. Bu komandalar arasında keçirilmiş ilk görüşlərdə "Lion" "Yuventus"u 1-0, "Real" isə "Mançester Siti"ni 2-1 üstələmişdi.

Avqustun 8-də isə "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) qarşılaşacaqlar.

Mənbə: virtualaz.org