"Sumqayıt" Qazaxıstan millisinin sabiq üzvünü transfer etdi - RƏSMİ

"Sumqayıt" Qazaxıstan millisinin sabiq üzvünü transfer etdi - RƏSMİ

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə

"Report"a klubun Mətbuat katibi Rəşad Məmmədov məlumat verib.

Onun sözlərinə görə, "gənclik şəhəri" təmsilçisi Qazaxıstanın U-21 millisinin sabiq futbolçusu Karam Sultanovun keçidini həll edib.

24 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

R.Məmmədov Sultanovun ya bu həftəsonu, ya da növbəti həftənin əvvəlində Bakıya gələcəyini bildirib.

Qeyd edək ki, K.Sultanov ölkəsində "Ordabası", "Bayterek", "Kızıl-Jar" və "Kaspi" klublarının formasını geyinib.

Fanat.Az

Mənbə: www.fanat.az