"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib

"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Bakı. Trend:

İngiltərənin "Mançester Siti" futbol klubu evdə Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci matçında İspaniyanın "Real" komandasına 2-1 hesabı ilə qalib gəlib.

Trend-in məlumatına görə, turnir pandemiyanın səbəb olduğu fasilədən sonra yenidən bərpa olunub.

"Mançester Siti" həyətində qolları Rahim Sterlinq (9-cu dəqiqə) və Qabriel Jezus (68) vurub. "Real"dan qolu Kərim Benzema vurdu (28-ci dəqiqə).

Qeyd edək ki, ilk görüş Madriddə baş tutub və 2:1 hesabı ilə İngiltərə klubunun xeyrinə başa çatıb.

Mənbə: az.trend.az