Ronaldu 10 il idi ki, belə aqibətlə üzləşmirdi

Ronaldu 10 il idi ki, belə aqibətlə üzləşmirdi

Kriştianu Ronaldu son 10 ildə ilk dəfə Çempionlar Liqasının 1/4 finalına çıxa bilməyib.

Fanat.Az xəbər verir ki, bu gecə baş tutan "Yuventus" - "Lion" oyununda (2:1) dublla yadda qalan superulduz yekunda üzülən tərəf olub. Birinci görüşdə 1:0 hesablı qələbə qazanan "Lion" Memfis Depayın vurduğu səfər qolu hesabına növbəti mərhələyə adlayıb.

Portuqaliyalı hücumçu sonuncu dəfə 2010-cu ildə belə aqibətlə üzləşmişdi. Maraqlıdı ki, həmin vaxt "Real"da oynayan Ronaldunun yolunu elə "Lion" kəsmişdi.

Fanat.Az

Mənbə: fanat.az