Benzema Levandovskini arxada qoydu

Benzema Levandovskini arxada qoydu

İspaniyanın "Real" klubunun futbolçusu Kərim Benzema Çempionlar Liqası tarixinin bombardirləri siyahısında 4-cü yerə yüksəlib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 1/8 final mərhələsinin "Mançester Siti" ilə cavab oyununda fərqlənən fransalı qol sayını 65-ə çatdırıb.

O, bu qolla Almaniya "Bavariya"sının polşalı hücumçusu Robert Levandovskini arxada qoyub. Benzema yalnız üç futbolçudan geri qalır.

Bu gün "Yuventus"la "Lion"un matçında hesabı bərabərləşdirən Kriştiano Ronaldo 129, "Barselona"nın forvardı Lionel Messi 114 dəfə fərqlənib. 3-cü olan ispaniyalı Raul 71 dəfə qol sevinci yaşayıb.

Milli.Az

Mənbə: news.milli.az