Arda Turan "Qalatasaray"a görə iki məşhur klubun təklifindən imtina edib

Arda Turan "Qalatasaray"a görə iki məşhur klubun təklifindən imtina edib

"Qalatasaray"a dönmək üçün aylarla klubsuz qalan Arda Turan iki məşhur Cənubi Amerika klubunun təklifini rədd edib.

Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Argentinanın "Boka Xuniors" və Braziliyanın "San Paulo" klublarından təklif alıb.

Amma "Qalatasaray"a qayıtmaq üçün hər iki təklifə yox cavabı verib. Bu səbəbdən klubsuz qalıb və son 7 ayda fərdi şəkildə məşq edib.

Fanat.Az

Mənbə: www.fanat.az