“Mançester Yunayted” daha bir qapıçı tapdı - Bu dəfə İtaliyada

“Mançester Yunayted” daha bir qapıçı tapdı - Bu dəfə İtaliyada

İngiltərənin "Mançester Yunayted" klubu özünə yeni qapıçı tapıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Premyer Liqa təmsilçisi İtaliyanın "Napoli" klubunun qolkiperi Aleks Mereti transfer etməyə qərar verib.

İspaniyalı əlcək sahibi David De Xeadan narazı olan mançesterlilər təcili şəkildə onu əvəzləyəcək futbolçu axtarır. Bir müddət əvvəl "Lester"in danimarkalı qapıçısı Kasper Şmeyxeli də nəzərdən keçirən "Mançester Yunayted" rəhbərliyi indi də neapolluların oyunçusuna göz dikib.

Qeyd edək ki, Meretin qiyməti təxminən 28 milyon avrodur.

Milli.Az

Mənbə: news.milli.az