“Ankaragücü” Fuat Capa ilə anlaşıb

“Ankaragücü” Fuat Capa ilə anlaşıb

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqa klubu Fuat Capa ilə anlaşıb.

Paytaxt klubu mütəxəssislə 1+1 illik müqavilə imzalayacaq. 51 yaşlı mütəxəssisin son klubu “Kasımpaşa” olub. O, ötən mövsümün ikinci yarısında bu komandada çalışıb. Capanın rəhbərliyi altındakı 14 matçda komandası 27 xal toplayıb.

Qeyd edək ki, 2019/20 mövsümündə Ankara klubunu 5 baş məşqçi çalışdırıb. Mövsümə Aykan Atikla başlayan komanda sonradan Metin Diyadin və Mustafa Kaplana tapşırılıb. Ardınca Atılı geri qaytaran paytaxt klubu Mustafa Akçay və İbrahim Üzülmezlə də uzun müddət işbirliyi görməyib.

Mənbə: apa.az