Ronaldo yeni rekorda imza atdı

Ronaldo yeni rekorda imza atdı

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

PİA.az xəbər verir ki, portuqaliyalı hücumçu Turin təmsilçisinin heyətində mövsüm ərzində ən çox qol vuran futbolçu adını qazanıb. 35 yaşlı oyunçu buna ötən gecə Çempionlar Liqasının 1/8 finalında "Lion"l maçtda (2:1) nail olub. O, qarşılaşmanın 43-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə və 60-cı dəqiqədə fərqlənməklə dubl edib. Nəticədə Ronaldo 1 mövsümdə vurduğu qolların sayını 37-yə çatdırıb.

Bundan əvvəlki rekord isə Ferens Xirsesə məxsusdur. O, 95 il əvvəl- 1925-1926-cı illər mövsümündə 35 qolla yadda qalıb.

Bundan əlavə K.Ronaldo Çempionlar Liqasında da ən çox qol vuran oyunçudur. Onun aktivində 130 qol var. İkinci yeri "Barselona"dan Lionel Messi (114 qol), 3-cü yerdə isə "Real"ın sabiq hücumçusu Raul Qonzales (71 qol) tutur.(qol.az)

pia.az

Mənbə: pia.az