"Yuventus"un məşhur futbolçusu əməliyyat ediləcək

"Yuventus"un məşhur futbolçusu əməliyyat ediləcək

“Yuventus” klubunun futbolçusu Matteys de Liqt əməliyyat ediləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə sözügedən müdafiəçi dünən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lion”la cavab oyunundan (2:1) sonra məlumat verib.

Qeyd edək ki, keçən ilin noyabrında niderlandlı müdafiəçinin çiyni çıxmışdı.

Mənbə: offsideplus.az