“Yuventus”un yeni baş məşqçisi Pirlo oldu

Maurisio Sarri ilə yollarını ayıran “Yuventus”un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “qoca sinyora” klubun əfsanələrindən biri olmuş Andrea Pirlo ilə müqavilə imzalayıb.

41 yaşlı Pirlo ilə 2022-ci ilə kimi anlaşma əldə olunub.

Qeyd edək ki, Pirlo üç gün əvvəl klubun U-23 komandasına baş məşqçi təyin edilmişdi.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Tovuzda ərinin bıçaqladığı qadın xəstəxanada öldü

SONRAKI XƏBƏR

Türkiyə ilə dostluq görüşündə Azərbaycan komandası üstünlüyü ələ alıb