Məşhur türk futbolçu azərbaycanlı jurnalistə niyə hücum edib?

Məşhur türk futbolçu azərbaycanlı jurnalistə niyə hücum edib?

Tanınmış telejurnalist Elnur Əşrəfoğlu KubilayTürkyılmazla arasında baş vermiş mübahisədən danışıb.

Sport7.az xəbər verir ki, Elnur bəy "Futbol+” qəzetinəxatirələrini danışarkən 1996-cı ildə yaşanan hadisəyə də toxunub:

"İsveçrə yığmasını 1-0 udduq. Rəqib futbolçularməyusdular. Oyun bitən kimi mikrofonla Kubilay Türkyılmaza yaxınlaşıb ingiliscəsual verdim. O isə əli ilə mikrofonu itələyib danışmaq istəmədi. Həmin vaxtoperatoruma öz dilimizdə "bunu belə-belə olsun, gedək başqası ilədanışaq" demişdim ki, Kubilay "ulan, bana mı küfür ediyorsun?"söyləyib yapışdı yaxamdan. Mən hardan bilim ki, bu bizim söyüşləri başa düşəcək.

Operatorum Səfər dərhal kameranı yerə qoyub tutduTürkyılmazın yaxasından və "ala, sənə dedi, başqa sözün var?" deyibfutbolçunu sağa-sola çəkib silkələdi. Səfər Kubilaydan ucaboy olduğu üçün əlindənçıxa bilmirdi. Bizim dalaşdığımızı görən İsveçrənin kapitanı Sfortsa yaxınlaşıbaranı sakitləşdirdi".

Elnur bəyin daha bir xatirəsi isə uzun müddətçalışdığı "İdman Azərbaycan” telekanalı barədə olub:

"İdman Azərbaycan"a rəhbərlik edirəm. Rəhbərlikləarada soyuqluq yaşanırdı, işdən ayrılmağa az qalıb. AZTV-nin sədri ArifAlışanov "İdman Azərbaycan"a nəzarəti Elşən adlı köməkçisinətapşırıb. Elşənin isə idmandan anlayışı yox idi. İşə gəlsəm də, içəri girmirəm,AZTV-nin qarşısındakı çayxanada oturub, dostlarla söhbət edib gedirəm. Kənanadlı inzibatçımız hər dəfə yaxınlaşaraq "müəllim, xəbərləri kiminaparacağını yaz, Elşənə verim" deyirdi. Elşən də öz növbəsində həmin sənədiAlışanova təqdim edirdi.

 

Bir gün qələmi götürüb səhər filankəsin, günortafilankəsin, axşam isə Oleq Bloxinin xəbərləri aparacağını yazdım. Həmin vaxt dabizdə indi Rus Dram Teatrında aktyor işləyən Oleq adlı diktor var idi. Kənankağızı aparır Elşənə. Elşən də futboldan bixəbər adam, kağızı qoltuğuna vurubgedir sədrin yanına ki, xəbərlərin cədvəlini tutmuşam. Arif müəllim də futbolubilirdi, "axşam xəbərlərini Bloxin aparacaq" eşidəndə, soruşub ki, nəBloxin?! Elşən də cavab verib ki, "Oleq Bloxin". Alışanov dərhal zəngedib "təcili otağıma gəl" söylədi. İçəri girən kimi "bəsdi də,yenə başlamısan köhnə işlərinə" deyib guya əsəbləşdi. Ancaq için-içingüldüyünü hiss etdim".

 

Sport7.az

Mənbə: sport7.az