Ronaldo 86 illik rekordu qırdı

Ronaldo 86 illik rekordu qırdı

"Yuventus"un superulduzu Kristiano Ronaldo yeni rekord müəyyənləşdirib.

Sport7.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən "Lion"la matçda iki dəfə fərqlənən Ronaldo cari mövsüm vurduğu qolların sayını 37-yə yüksəldib. Hücumçu bununla da "Yuventus"un tarixində bir mövsümdə ən çox qol vurmuş futbolçu ünvanına sahib çıxıb.

Ronaldo bu göstəricidə Felis Borelin 1933-1934-cü illərdən bəri sahib olduğu rekordu qırıb. Digər tərəfdən o, Çempionlar Liqasında ən çox qol vuran futbolçudu. Turnirdə qollarının sayını 130-a çıxaran futbolçunun əsas rəqibi "Barselona"nın superulduzu Lionel Messidi (114 qol). Ronaldo ilə Messiyə ən yaxın olan isim 71 qola "Real"ın əfsanəsi Rauldu. Hazırda karyerasını davam etdirən Karim Benzemanın 65, Robert Levandovskinin isə 64 qolu var.

Bir müddət əvvəl A Seriyasında 50 qol həddini ən tez aşan futbolçu olan Ronaldo "Yuventus"da 59 ildən sonra bir mövsümdə 25 qola imza atan ilk oyunçu ünvünını ələ keçirib. Bu göstəricidə o, həm də İtaliya A Seriyasında ən çox qol vuran ilk portuqaliyalı futbolçu olub.

Mənbə: sport7.az