36 yaşlı Teves yeni müqavilə imzaladı

36 yaşlı Teves yeni müqavilə imzaladı

Argentina Superliqasının son çempionu "Boka Xuniors" futbolçusu Karlos Teveslə yeni müqavilə imzalayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə müqavilənin müddəti 2021-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Argentina millisinin sabiq üzvü 2018-ci ildən "Boka Xuniors"da oynayır. O. Avropada "Mançester Yunayted", "Mançester Siti" və "Yuventus" kimi klublarda da çıxış edib.

Mənbə: qol.az