"Zirə" üçün əlamətdar tarix

"Zirə" üçün əlamətdar tarix

Avqustun 9-u "Zirə" üçün əlamətdar gündü.

Sport7.az xəbər verir ki, paytaxt klubu 2015-ci ilin məhz bu günündə Azərbaycan Premyer Liqasında debüt edib.

"Qartallar" AZAL-ı 1:0 hesabı ilə üstələyərək Premyer Liqası tarixində ilk qələbəsini qazanıb. Viktor İqbekoyi isə "Zirə"nin Azərbaycan çempionatlarında ilk qolunun müəllifi kimi tarixə düşüb.

Mənbə: sport7.az