"Çelsi"nin futbolçusu A Seriyasına qayıda bilər

"Milan” İngiltərə "Çelsi”sinin yarımmüdafiəçisi Time Bakayokonu transfer etmək niyyətindədir.

Sport7.az xəbər verir ki, A Seriyası təmsilçisi 25 yaşlı futbolçu ilə anlaşıb. Keçid baş tutsa, Bakayoko ildə 3 milyon avro qazanacaq. Milanlılar İngiltərə "Çelsi”sinə 15 milyon avro ödəməyə hazırdır. Premyer Liqa klubu isə oyunçusu üçün 20 milyon istəyir.

Bakayoko 2018/19 mövsümündə icarə əsasında "Milan”da oynayıb.

Sport7.az

ƏVVƏLKİ XƏBƏR

Əfqanıstanda partlayış törədilib:ölənlər və yaralananlar var

SONRAKI XƏBƏR

Fuad Heydər: "Bu cür çətinliyin öhdəsindən yalnız bizim Prezidentimiz gəlir"