Ronaldo PSJ-yə transfer oluna bilər - Danışıqlar başladı

Ronaldo PSJ-yə transfer oluna bilər - Danışıqlar başladı

Kriştiano Ronaldo "Yuventus"dan ayrıla bilər.

Qol.az "Foot Mercato"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun agenti Jorje Mendeş digər klubların nümayəndələri ilə ilk görüşlərin təşkil edilməsini istəyib.

Bildirilib ki, portuqaliyalı oyunçu PSJ-yə keçmək də maraqlıdır. Bundan əlavə, Mendeşin Paris təmsilçisinin idman direktoru Leonardo ilə yaxşı münasibətdə olduğu xatırladıb.

Xəbərdə Mendeşlə Leonardo arasında artıq danışıqların olduğu bildirilib. Onların Çempionlar Liqasının qalan oyunlarının keçiriləcəyi Lissabonda görüşəcəyi gözlənilir.

Mənbə: qol.az