Matteys de Liqt 3 ay oynamayacaq - SON DURUM

Matteys de Liqt 3 ay oynamayacaq - SON DURUM

"Yuventus"un müdafiəçisi Matteys de Liqt noyabra qədər oynaya bilməyəcək.

Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, 2019-cu ildə sağ çiynindən aldığı zədəyə görə əziyyət çəkən oyunçu əməliyyat ediləcək.

Turin klubunda əvəzləyicisi olmadığı üçün (Merih Demiral və Corcio Kyellini də zədəlidi) vacib əməliyyata vaxt tapmayan arxa xətt oyunçusu uyğun zamandan faydalanaraq cərrah masasına uzanacaq.

Qeyd edək ki, "Yuventus" iki oyunun nəticəsinə görə "Lion"a uduzaraq (0:1; 2:1) Çempionlar Liqasında mübarizəni dayandırıb. İtaliya təmsilçisinin baş məşqçisi Mauritsio Sarri istefaya göndərilib və bu post Andrea Pirloya həvalə edilib.

Mənbə: fanat.az