Messinin zədəsinin son durumu bəlli oldu

Messinin zədəsinin son durumu bəlli oldu

Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə matçda zədələnən "Barselona"nın kapitanı Lionel Messinin son durumu müəyyənləşib.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı hücumçunun zədəsi ciddi deyil. Onun turnirin 1/4 finalında "Bavariya" ilə görüşdə oynayacağı bildirilib.

Qeyd edək ki, "Napoli" ilə oyunda rəqib komandanın futbolçusu Kalidu Kulibali Messinin sol ayağına zərbə vurub.

Əlavə edək ki, "Barselona" - "Bavariya" görüşü avqustun 14-ü Lissabonda keçiriləcək.

Mənbə: qol.az