Məşhur pilot qərar vermək üçün tələsmir

Məşhur pilot qərar vermək üçün tələsmir

Luis Hemilton "Mercedes”lə olan razılaşmasına aydınlıq gətirib.

Sport7.az xəbər verir ki, britaniyalı pilot komandası ilə yeni müqavilə imzalamağa tələsmir.

O, bunun üçün lazımı zamanı gözlədiyini deyib: "2021-ci ilin müqaviləsi barədə tələsmək istəmirəm. Dünyada yayılan təhlükəli xəstəlik məni də ciddi narahat edir. Rəhbərliyin mənim qərarımdan xəbəri var. Başqa komandalarla danışıqlar aparmamışam. Hər şeyi sakit və şəffaf şəkildə həll etmək istəyirəm. Mən komandamı təmsil etməyə davam edəcəyəm”.

2013-cü ildən "Mercedes”in heyətində çıxış edən Hemilton 6 dəfə dünya çempionu adını qazanıb.

Mənbə: sport7.az