"Qarabağ"ın rəqibindən iddialı açıqlama: "Kişi kimi mübarizə aparıb..."

"Qarabağ"ın rəqibindən iddialı açıqlama: "Kişi kimi mübarizə aparıb..."

Şimali Makedoniyanın "Sileks" klubunun idman direktoru Draqan İvanov Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Qaynarinfo xəbər verir ki, klub rəsmisi bu mərhələdəki rəqibləri "Qarabağ"ı təəccübləndirməyə çalışacaqlarını deyib:

"Görüşümüz səfərdə olacaq. Lakin heç kim bizi nədənsə məhrum edə bilməz. Maksimum hər şeyimizi ortaya qoyacaq, kişi kimi mübarizə aparacaq və Şimali Makedoniyanı layiqincə təmsil edəcəyik.

Qeyd edək ki, "Qarabağ" "Sileks"lə oyununu avqustun 18-də və ya 19-da öz meydanında keçirəcək.

Mənbə: qaynarinfo.az