"Qarabağ"ın 20 milyon avro büdcəsi var" - "Sileks"in baş məşqçisi

"Qarabağ"ın 20 milyon avro büdcəsi var" - "Sileks"in baş məşqçisi

"Sileks"in baş məşqçisi Qoran Simov "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib.

Sport7.az xəbər verir ki, püşükn nəticəsini dəyərləndirən mütəxəssis yerli mətbata açıqlamasında bunları söyləyib: "Arzuolunmaz və istənilən rəqiblər var idi. Biz güclü komanda ilə düşdük. "Qarabağ" favoritdir, investisiya, Avropa təcrübəsi və keyfiyyət baxımından bizdən xeyli irəlidədir. 20 milyon avroluq büdcələri var.

"Qarabağ" favoritdir, amma daha Avropada daha çox oynamağın xəyalını qururuq. Ardıcıl 7 il Azərbaycan çempionu olan, Avropa Liqası və Çempionlar Liqasının qruplarında mübarizə aparmış möhtəşəm rəqiblə qarşılaşacağıq. Daha öncə göstərdiyimiz kimi, təslim olmayacağıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümid sonda ölür. Gizli kartlarımızla oyuna hazırlaşmaq və onlara qarşı mübarizə aparmaq bizim üzərimizə düşür.

Matçın neytral bir meydanda keçirilmə ehtimalına gəlincə, həmişə zəif komanda üçün iki oyundan daha yaxşı seçimdir. Ancaq bu komandalar iki oyun keçirsə, "Qarabağ"ın "Sileks"ə qarşı yenə favorit olacağını vurğulamalıyam".

Mənbə: sport7.az