"Fənərbağça"dan 4 təqdimat

"Fənərbağça"dan 4 təqdimat

Qarşıdakı mövsüm üçün heyətini gücləndirməyə çalışan "Fənərbağça” yeni transferləri ilə gündəmə gəlib.

Sport7.az xəbər verir ki, İstanbul klubu 4 futbolçunun təqdimatını keçirib. Klub "Trabzonspor”dan Filip Novakı, "Beşiktaş”dan Gökan Gönülü və Caner Erkini, habelə "Sivasspor”dan Mert Hakan Yandaşı heyətinə cəlb edib.

Mert Hakan Yandaşla 4, Filip Novakla 3, Caner Erkinlə 2 və Gökan Gönül ilə isə 1 illik müqavilə imzalanıb. Transferin maliyyə məsələləri barədə heç bir məlumat verilməyib.

Caner Erkin və Gökan Gönül ehtimadları doğruldacağı təqdirdə onlara daha 1 il "Fənərbağça”da çıxış etmək təklif olunacaq. Hər iki oyunçu bir müddət əvvəl "Fənər”də oynayıb. Onlar 2016-cı ildə digər komandalara keçmişdilər.

Mənbə: sport7.az