"Qarabağ"ın potensial rəqibləri AZALDI

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayında azalma baş verib.

Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi Makedoniyanın "Sileks" komandasını keçəcəyi təqdirdə, 7 komandadan biri ilə üz-üzə gələcək. Bunlar Danimarkanın "Midtüllann" klubu, eləcə də "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq), "Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina) və "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) cütlərinin qaliblərindən biri olacaq.

"Qarabağ" səpələnmişlər səbətində yer alacağından, daha aşağı reytinqlilərdən ibarət səpələnmişlər səbətindəki komandaya rəqib olacaq.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Bill Qeyts: Koronavirusdan daha qorxulu olacaq XƏBƏRDARLIQ

SONRAKI XƏBƏR

Bakıda 49 yaşlı qadın avtomobillə vuruldu