"Atletiko Madrid" komondasından PİS XƏBƏR

"Atletiko Madrid" komondasından PİS XƏBƏR

İspaniyanın "Atletiko Madrid" komandasında 2 nəfər koronavirusa yoluxub.

Sonxeber.az xəbər verir ki, bu barədə Atletiko Madrid klubunun rəsmi internet səhifəsindən bildirilib.
Klubun saytında edilən açıqlamada, UEFA Çempionlar Liqasının dörddəbir finalında "Leyptsiq" ilə keçiriləcək oyundan əvvəl "Atletiko Madrid" komandasında 2 nəfərin koronavirus testinin nəticəsi pozitiv olduğu bildirilib. Yoluxanların adları barədə heç bir məlumat verilməyib

Qeyd edək ki, "Atletiko Madrid", cümə axşamı Çempionlar Liqasının dörddəbir finalında Portuqaliyanın paytaxtı Lissabon şəhərində Almaniyanın klublarından biri olan Leyptsiq ilə qarşılaşacaq.

Türkay Həsənli


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az