Azər açılış turunda nə etdi?

Azər açılış turunda nə etdi?

Rusiya Premyer Liqasında 2019/20 mövsümünün ilk turunun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa” da ilk matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Krasnodar”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Azər start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Fanat.Az

Mənbə: fanat.az