Azərbaycan klubu avrokuboklardan imtina etdi, oyunçusu Yunanıstan nəhənginə keçdi

Azərbaycan klubu avrokuboklardan imtina etdi, oyunçusu Yunanıstan nəhənginə keçdi

Mayda “Azərreyl”lə bir illik müqavilə bağlamış Slovakiyanın qadın voleybolçulardan ibarət millisinin üzvü Romana Hudetsova klubunu dəyişib.

Oxu.Az xəbər verir ki, 27 yaşlı hücumçu Yunanıstan nəhəngi “Panatinaikos”a keçib.

Qeyd edək ki, “Azərreyl” yeni mövsümdə Çağırış Kubokunda yarışmalı olsa da, sonradan bundan imtina edib və transfer etdiyi oyunçularla vidalaşmağa başlayıb.

Mənbə: www.oxu.az