“Laçi”nin “Keşlə”yə böyük problem yaradacağına inanmıram" - ŞƏRH

“Laçi”nin “Keşlə”yə böyük problem yaradacağına inanmıram" - ŞƏRH

Tanınmış jurnalist Rasim Mövsümzadə avrokubokların püşkatmasından sonra komandalarımızın rəqiblərini dəyərləndirib.

Fanat.az-a danışan "Qızıl top”un Azərbaycan təmsilçisi bir sıra maraqlı faktlara toxunub:

"Şkupi” Şimali Makedoniyanın paytaxtı Skopyenin albanca adıdır. Əldə etdiyim məlumata görə, "Neftçi”nin rəqibi 600 min avro məbləğində illik büdcəyə sahibdir. "Şkupi”nin sponsoru da Türkiyədəndir. Müqayisə üçün deyim ki, "Qarabağ”la qarşılaşacaq Şimali Makedoniyanın digər təmsilçisi "Sileks”in büdcəsi isə 400 min avrodur. Öz ölkəsində ilk üçlüyə belə düşə bilməyən "Şkupi” ilə mübarizədə "Neftçi”ni aşkar favorit saymaq olar.

Ölkə xaricində çıxış edən futbolçuları sayəsində 2016-cı ildə Avropa çempionatının final turnirində iştirak edən milli komandadan fərqli olaraq, Albaniyanın klubları nə Çempionlar Liqasında, nə də Avropa Liqasında qrup mərhələsinə çıxa biliblər. Son 10 mövsümə baxsaq, "Laçi” Albaniyada 8-ci yerdən maksimum 3-cü yer arasında var-gəl edən komandadır.

Albaniya çempionatında təxminən 3 ay çəkən fasilədən sonra keçirdiyi 10 oyunun 7-də qələbə qazansa da, "Laçi”nin Bakıda "Keşlə”yə böyük problem yaradacağına inanmıram".

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Şimali Makedoniya klubu "Sileks", II təsnifat mərhələsində isə "Şerif" (Moldova)//"Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası təmsilçilərimizdən isə "Neftçi" "Şkupi" (Şimali Makedoniya), "Keşlə” "Laçi” (Albaniya), "Sumqayıt" isə "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşacaq.

Mənbə: fanat.az