Ronaldo ən yaxşı oyunçu seçildi

Ronaldo ən yaxşı oyunçu seçildi

"Yuventus"da 2019/2020 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Kriştiano Ronaldo 1-ci olub.

Qeyd edək ki, portuqaliyalı hücumçda A seriyasında başa çatan mövsümdə 33 matçda 31 qol vurub, 6 qolun ötürməsini verib.

Mənbə: qol.az