Braziliyada futbolçular hər oyundan əvvəl məcburi koronavirus testi verəcək

Braziliyada futbolçular hər oyundan əvvəl məcburi koronavirus testi verəcək

Futbol üzrə Braziliya çempionatında çıxış edən klubların bütün futbolçuları məcburi COVID-19 testindən keçəcək.

“RİA Novosti” xəbər verir ki, futbolçular oyundan üç gün əvvəl testdən keçməli olacaqlar.

Klubların heyəti analizlərin nəticələrinə uyğun təşkil ediləcək.

Qeyd edək ki, Braziliya çempionatında yeni mövsüm avqustun 9-da start götürüb.

Mənbə: www.oxu.az