"Yuventus" 16 yaşlı hücumçu ilə müqavilə imzaladı

"Yuventus" 16 yaşlı hücumçu ilə müqavilə imzaladı

"Yuventus" "Anderlext"in futbolçusu Samuel Mbanqulanı transfer edib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Onun əvvəlcə U-17 komandasında oynayacağı bildirilib.

Qeyd edək ki, Turin təmsilçisi bir neçə gün əvvəl baş məşqçisi Maurisio Sarrini istefaya göndərib və onu Andrea Pirlo ilə əvəzləyib.

Mənbə: qol.az