Vurgun “Sumqayıt”ın fiaskosunu gözləyənlərlə razılaşmır

Vurgun “Sumqayıt”ın fiaskosunu gözləyənlərlə razılaşmır

"Sumqayıt”ın kapitanı Vurğun Hüseynov "Futbol+” qəzetinəmüsahibə verib.

Sport7.az xəbər verir ki, kapitan əvvəlcə zədələnməsindəndanışıb:

"Qəbələdəkitoplanış zamanı arxa baldır hissəsindən zədələndim. MRT müayinəsindən keçmişəm,ancaq cavabı sabah (bu gün) bəlli olacaq. Məncə, qorxulu heç nə yoxdu. Böyükehtimalla hazırlığın ikinci mərhələsində kollektivlə birgə məşqlərdə iştirak edəcəm”.

Vurğun mövsümlərarası fasilədə aparıcıfutbolçularını itirən "Sumqayıt”ın yeni "futbol ili”ndə heç də "qapazaltı uşaq”təsiri bağışlayacağını düşünmür: "Baxmayaraq ki, bu yay bəzi aparıcı oyunçulardüşərgəni tərk etdi, "Sumqayıt” ötən illərdə olduğu kimi, yenə əzmkar, asan təslimolmayan, sona qədər mübarizə aparan komanda olacaq. Mən bunu əminliklə deyirəm.Düzdü, bu gün heyətdə gənclər üstünlük təşkil edir. Ancaq onlara da inanırıq. Qəbələtoplanışı göstərdi ki, gənclər oyundan-oyuna daha yaxşı təsir bağışlayırlar.Qarşıdakı günlərdə komandaya yeni futbolçuların da qoşulacağı gözlənilir. Buyöndə rəhbərlik və məşqçilər korpusu çalışırlar”.

29-cu ölkə çempionatının və Avropa Liqasınınstartına saylı günlər qalıb. Komandaya yeni qoşulanların kollektivəuyğunlaşmasına isə müəyyən vaxt tələb olunur. "Sumqayıt”ın da gözləməyə vaxtıyoxdu. Kapitanın bu məqamla bağlı fikiləri belə oldu: "Məşqçilər korpusu artıquzun müddətdi yeni oyunçular axtarışındadı. Yəqin ki, transfer zamanı bütünnüanslar nəzərə alınacaq və yeni gələnlər komandaya uyğunlaşmaq baxımındanproblemlə üzləşməyəcək. Hamı bu gün "Sumqayıt”ın Avropa Liqasında çətinlikləüzləşəcəyini söyləyir. Bəziləri isə daha uzağa gedib fiaskoya uğrayacağımızıyazır. Futbol proqnozu sevmir, komandanın oyununu izləməyənlərin nəyə əsasənbelə düşündüyü mənə maraqlıdı. "Sumqayıt”ın qitəmiqyaslı turnirdə bir neçə mərhələadlayacağını iddia edə bilmərəm. Hamı bilir ki, komandamız bu turnirdədebütantdı. Avrokuboklarda təcrübə çox şey deməkdi. Ancaq bir şeyi bilirəm ki,heç kimə asan təslim olmayacağıq. Onsuz da iki ildi ardıcıl tarix yazırıq.2019-da ölkə kubokunun finalına yüksəlməklə azarkeşlərimizi sevindirib, klubtarixində ilkə imza atdıq. Bu il isə daha bir yeni səhifə açdıq. Pandemiyaüzündən altı aya yaxındı rəsmi görüşə çıxmamışıq. Futbolçuların əksəriyyətioyun təcrübəsi baxımından əziyyət çəkir. Ancaq geridə qalan üç yoxlamaqarşılaşması və təlim-məşq toplanışının ikinci mərhələsində keçirəcəyimiz sınaqmatçları bu yöndə köməyimizə çatacaq. İnanıram ki, azarkeşlərimiz sərgilədiymizoyuna görə utanmayacaqlar. Çalışacağıq ki, onları sevindirək və fanatlarımız da"Sumqayıt”la qürur duysunlar. Bunun üçün əlimizdən gələni edirik”.

Sport7.az

Mənbə: sport7.az