Bakıda açıq havada şahmat turniri keçiriləcək

Bakıda açıq havada şahmat turniri keçiriləcək

Bakı, 11 avqust, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Idea” şahmat klubunun təşkilatçılığı ilə avqustun 14-də açıq havada şahmat turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Şüvəlanda yerləşən Uşaq İstirahət və Sağlamlıq Mərkəzində tamaşaçısız keçiriləcək yarış 12 avqust -Beynəlxalq Gənclər Gününə həsr ediləcək. Turnirdə 17 yaşadək şahmatçılar iştirak edəcəklər.

İsveçrə sistemi üzrə keçiriləcək və 7 turdan ibarət olan yarışda vaxt nəzarəti 3 dəqiqə+hər gedişə 2 saniyə olacaq.

Mənbə: azertag.az