"Real" fransalı qapıçı ilə vidalaşdı

"Real" fransalı qapıçı ilə vidalaşdı

"Real" 2019/2020 mövsümünün əvvəli PSJ-dən icarəyə götürdüyü Alfons Areola ilə yolları ayırıb.

Qol.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin saytı məlumat yayıb. "Kral klubu" icarə müddəti başa çatan 27 yaşlı qolkiperlə yeni müqavilə imzalamayıb.

Qeyd edək ki, fransalı qapıçı başa çatan mövsüm 9 matçda meydana çıxmışdı.

 

Mənbə: qol.az