Romelu Lukaku yeni rekorda imza atıb

Romelu Lukaku yeni rekorda imza atıb

Bakı, 11 avqust, AZƏRTAC

İtaliyanın “İnter” futbol klubunun belçikalı hücumçusu Romelu Lukaku UEFA Avropa Liqasında yeni rekord müəyyənləşdirib.

AZƏRTAC xəbər verir ki, Milan təmsilçisi Avropa Liqasının dörddəbir finalında “Bayer Leverkuzen”i öz meydanında 2:1 hesabı ilə məğlub edib. R.Lukaku bu matçda bir dəfə fərqlənərək Avropa Liqasının ardıcıl doqquz oyununda qol vuran ilk futbolçu olub.

Bu matçda, həmçinin Milan təmsilçisi rekord nəticəyə imza ataraq səkkizinci dəfə UEFA Avropa Liqasının yarımfinalına çıxıb.

Qeyd edək ki, “İnter” turnirin yarımfinal mərhələsində “Şaxtyor”-“Bazel” görüşünün qalibi ilə oynayacaq.

Mənbə: azertag.az