“Səbail”in futbolçusu karyerasını Rumıniyada davam etdirəcək

“Səbail”in futbolçusu karyerasını Rumıniyada davam etdirəcək

Bakı, 11 avqust, AZƏRTAC

Bakının “Səbail” klubundan ayırlan Eriko da Silvanın yeni klubu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Rumıniyanın “Uta Arad” klubunda davam etdirəcək.

Erikonun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.

2019/2020-ci il mövsümünün əvvəlində “Səbail”ə transfer olunan 31 yaşlı futbolçu Bakı təmsilçisində 12 oyuna çıxıb, 1 qol vurub.

 

AZERTAG.AZ :“Səbail”in futbolçusu karyerasını Rumıniyada davam etdirəcək

Mənbə: azertag.az